Rusiya hərbçisinə hökm oxunub

13.08.2015 00:11     Dünyadan reaksiya     1567

Ermənistanın Gümrü şəhərində  erməni ailəsini qətlə yetirən Rusiya hərbçisi Valeri Permyakovun məhkəməsi keçirilib.

 

Reaksiya.az-ın verdiyi məlumata görə, Gümrü qarnizonun daxil olduğu Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin məhkəməsi Valeri Permyakovu fərarilik və hərbi hissəni qanunsuz olaraq silahla tərk etdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edib.

 

Valeri Permyakov tərəfindən bu ilin yanvar ayında Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünün qətlə yetirməsi ilə bağlı işə Ermənistan məhkəməsində baxılacaq. 

Şərhlər