“Almaniyada yaşayanların 70 faizi koronavirusa yoluxacaq”
11.03.2020 14:01 Dünyadan reaksiya 6432
Almaniyanın kansleri Angela Merkel koronavirusla bağlı açıqlama verib.
“HaberGlobal”ın xəbərinə görə, o, Almaniyada yaşayanların 60-70 faizinin koronavirusa yoluxacağını deyib.
Merkel açıqlamasında 82 milyon əhalisi olan Almaniyada 50-60 milyon insanın virusa yoluxma ehtimalı olduğunu qeyd edib.
Almaniyanın Səhiyyə naziri Hens Spahn da Merkelin dediklərini təsdiqləyib. O, yoluxanların 80 faizinin virusun öhdəsindən gələcəyini bildirib.
Nazirin dediklərinə görə, 65 yaşdan yuxarı insanlar virusa yoluxduqları halda çətinlik yaşaya bilərlər. O, bu məqsədlə 28 min nəfər üçün çarpayı hazırlandığını qeyd edib.
Şərhlər