Polis 600 adam öldürüb
13.08.2015 03:25 Dünyadan reaksiya 1724
2015-ci ildə ABŞ-da polis əməkdaşları tərəfindən öldürülənlərin sayı 601 nəfərə çatıb.
Reaksiya.az-ın məlumatına görə, bu barədə “ Washington Post ” qəzeti yazıb.
Nəşrin qeyd etdiyinə görə, onlardan 153 nəfər qaradərili, 60 nəfəri isə üzərində silah olmayan şəxslərdir. Son ay ərzində polis əməkdaşları 85 nəfəri öldürüb.
Xatırladaq ki, 2014-cü il, avqustun 4-də ABŞ-ın Ferguson şəhərində 18 yaşlı qaradərili yeniyetmə Mixael Braunun polis zabiti Darren Uilson tərəfindən güllələnməsi ölkədə etiraz nümayişlərinin keçirilməsinə səbəb olmuşdu.
Şərhlər