İranda son sutkada koronavirusdan 63 nəfər ölüb

05.05.2020 14:13     Dünyadan reaksiya     2307

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 63 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 6340 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 1323 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 99 970 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 80 475 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2685 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Reaksiya.az

Şərhlər