İrlandiyalı tarixçi Volş: - “Erməni milliyətçiliyi zəngin bir terrorçu mirasa sahibdir”
06.05.2020 15:56 Dünyadan reaksiya 3303
Alim qondarma erməni soyqırımı haqqında iddiaların çürük olduğunu bildirib
ABŞ-da qondarma “erməni soyqırımı” ilə bağlı Türkiyəyə yönəlik qaralama kampaniyası aparan siyasi dairələrə və qeyri-hökumət təşkilatlarına qarşı diaspora xidməti göstərən və 2008-ci ildə Nyu-Yorkda qurulan Türk-Amerikan Təhlükəsizlik Fondu (TASFO) bununla əlaqədar Qərb tarixçiləri ilə reportajlar həyata keçirir.
Təşkilatın mövzu ətrafında söhbət apardığı ekspertlərdən biri də irlandiyalı alim Patrik Volşdur. Doktor Volş “Böyük Britaniyanın Türkiyəyə qarşı böyük müharibəsi”, “Erməni üsyanı və böyük müharibə: Xəyanət məsələsində diqqtəlayiq tarix” kitablarının müəllifidir. Bu yaxınlarda onun “Qafqazda Böyük Britaniya-Rusiya mücadiləsi: Geopolitika, Müharibə, İnqilab sarmaşığında Osmanlı türkləri, ermənilər və azərbaycanlılar” adlı kitabı satışa çıxacaq.
Patrik Volş hazırda Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq universitetində dərs deyir.
Musavat.com TASFO-nun Facebook-dakı hesabına istinadən Emre Serbest tərəfindən alınan həmin müsahibədən bəzi hissələri təqdim edir.
- 1915-ci ildəki Osmanlı dövlətində ermənilərlə bağlı hadisələr haqqında düşüncələriniz nədən ibarətdir? Siz nəyə görə bu hadisələrin soyqırım olduğuna inanmırsız?
- “Soyqırım” hər şeydən öncə beynəlxalq hüquq tərəfindən müəyyən bir hadisə üçün nəzərdə tutulan hüquqi bir termindir. Bu termindən BMT Baş Assambleyasının “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyanın qəbul edilməsinə qədər istifadə olunmayıb. BMT yalnız alman nasistləri ilə bağlı müstəsnalıq təşkil etsə də, digər bənzər hadisələrə hüquqi qiymətin verilməsi xüsusunda başqa ölkələrə qarşı “qanunun geriyə qüvvəsinin olmaması” prinsipini işə salıb. Bu səbəbdən 1915-ci il hadisələrinin soyqırım olduğu iddiası sadəcə bir iddiadır və heç bir hüquqi statusu yoxdur.
“Soyqırım” kəlməsi polşalı, yəhudi əsilli hüquqşünas Rafael Lemkin tərəfindən yəhudilərin nasistlər tərəfindən yox edilməsini ifadə etmək üçün ortaya atılıb. R.Lemkin bununla bağlı yazdığı “Ox idarəsi” adlı kitabında ermənilərdən bəhs etməyib. Buradan çıxara biləcəyimiz nəticə R.Lemkinin həmin termini sırf yəhudilər üçün işlətməsidir
Əslində “erməni soyqırımı” deyilən bir şeyin hüquqi və ya tarixi bir təməli də yoxdur. Bu, əsasən emosional bir iddiadır. Tarixçilər də bu məsələdə bölünüblər.
Tarixçilərin əksəriyyəti əslində “soyqırım” məsələsində inkarçı olmalıdırlar, çünki belə bir iddianı dəstəkləyən sübut tapılmadan həmin sözü işlətməməlidirlər. “Erməni soyqırımı” ilə bağlı aparılan kampaniya siyasi bir kampaniyadır. Qərbin qanunvericilik orqanlarında isə deputatlar mövzu ilə bağlı hər hansı səlahiyyətləri və bilikləri olmadığı halda tarixi və hüquqi hökm verməyə çalışırlar.
Osmanlının erməniləri nəinki öldürmək, hətta sürgünə göndərmək barədə planı olduğuna dair heç bir dəlil yoxdur. 1915-ci ilin əvvələrində erməni üsyanları, habelə həmin dövrdə bir sıra torpaqlarının işğal edilməsi Osmanlı dövlətində böhran yaratmışdı, bu səbəbdən məcburi olaraq sürgün qərarı çıxarıldı.
Burada əsas olan dövlətin təhlükəsizliyi məsələsidir. Tarixin müəyyən dövrlərində başqa dövlətlərin də eyni situasiya ilə üz-üzə qaldıqlarında bənzər şəkildə hərəkət etmələrinə şübhə yoxdur. Məsələn, Böyük Britaniya 1950-ci illərdə Keniyada bir üsyanı yatırmaq üçün konsentrasiya düşərgələri metodunu seçmişdi.
-Bizə ASALA, JCAG kimi erməni terror təşkilatılarının məqsəd və motivasiyaları haqqında bəhs edin.
-ASALA və onun bir qolu sayılan JCAG mənə “Baader-Maynhof” və “Qırmızı briqadalar” kimi təşkilatı xatırladır. 1970-ci illərdə terror hadisələri tüğyan edirdi və erməni təşkilatları da bu şiddətli illərin böyük bir parçası olub. Erməni milliyətçiliyi daşnaklardan belə əvvəlki dövrlərə qədər uzanan zəngin bir terrorçu mirasa sahibdir. Prinston universitetinin professoru və stailinizm üzrə ekspertlərdən sayılan Stiven Kotkin bolşevik terrorunun daşnaklarla müqayisədə bir şey olmadığını belə söyləyib. ASALA və onun şöbələri “erməni soyqırımı” lobbisiylə birlikdə Türkiyənin soyqırımı tanıması, maddi təzminat və torpaq iddiaları kimi hədəf qoymuşdular. Həmin vaxtlarda onlar Türkiyənin 6 vilayətini və Transqafqazın bir bölümü ilə birlikdə “Böyük Ermənistan”ı qurmağı fikirləşirdilər. Lakin ASALA-nın fəaliyyəti erməni soyqırımının tanınması tələbini dəstəkləməklə bərabər ümumi kampaniya içində yararsız oldu. Çünki əgər diplomatları qətlə yetirib, terror aktları həyata keçirirsinizsə, hökumətlərin və xalqların düşmənçiliyindən başqa bir şey qazana bilməzsiniz.
-İrlandiyalı alim ABŞ və Fransa kimi ölkələrdə erməni diasporunun güclü fəaliyyət göstərdiyini, bu səbəbdən burada qondarma soyqırıma dəstəyin güclü olduğunu söyləyib.
-Lobbi və mənafe qrupları ABŞ siyasətinin təməlini təşkil edir. Konqres üzvləri iki ildən bir Nümayəndələr Palatasına seçildikləri üçün həm lobbi, həm də vətəndaş qrupları tərəfindən ciddi təzyiqə məruz qalırlar. ABŞ həm də etnik kimlik təməlinə əsaslanan siyasətlərin də evi sayılır. ABŞ sisteminin bütün bu özəllikləri erməni lobbiçiləri üçün olduqca əlverişlidir. ABŞ sistemini ayaqda tutan puldur, ermənilər isə mübarizələri üçün pul xərcləməkdən çəkinmirlər”,-deyə o qeyd edib.
İrlandiyalı alim ABŞ və Böyük Britaniyanın soyqırım iddialarını rəsmi şəkildə tanımamasına da aydınlıq gətirib:
“Bir çox dövlət kütlələri məmnun etmək üçün bəşəri prinsiplər barədə car çəksələr də, zamanı gələndə yalnız öz maraqlarına uyğun hərəkət edirlər. Erməni lobbisi nə qədər güclü olursa-olsun, onun ABŞ xarici siyasəti üzərində həqiqi təsirini söyləmək çətindir.
Bəzi situasiyalarda Qərb Türkiyənin siyasətindən məmnun olmadıqda, məsələn, Ruisya ilə yaxınlaşdığı hallarda bu məsələni rəsmi Ankaraya qarşı kozır kimi istifadə edə bilərlər. Lakin türklər soyqırım lobbisinə qarşı həmişə sağlam mövqe tutduqlarına görə bu kozır olduqca zəif təsir göstərib.
İngiltərədə isə ermənilərin ABŞ-dakı qədər güclü lobbisi yoxdur. Eyni zamanda burada tarix məsələsində ABŞ-dan daha az idealist və gerçəkçi baxış tərzinə malik, o cümlədən atılacaq addımların nəticələrini düşünən şüurlu bir kütlə mövcuddur. Vaxtilə dünya imteratoru olmuş və keçmişdə törətdiyi əməllərinin yadına salınmamasını istəyən br ölkə üçün bu çox təhlükəli br yol ola bilərdi…Ona görə də 1-ci dünya müharibəsindən sonra Maltada keçirilən məhkəmə prosesində Osmanlı zabitləri erməni məsələsinə görə məhkum edilmədilər. İngiltərə qondarma bir prosesin parçası olmaq istəmədi.
Patrik Volş I dünya müharibəsi gedişində emrənilərin türklərə qaşrı törətdikləri vəhşilikdər və qətliamlar mövzusuna da toxunub.
O, araşdırmaçı Ceremi Soltun “Son Osmanlı savaşları” adlı kitabında Osmanlı dövlətinin 18 milyon əhalisinin 4 milyonunun həmin müharibələrdə öldüyünü, ölənlərin dörddə üçünün müsəlman olduğunu yazdığını bildirib. Hələ buraya Azərbaycan türkləri daxil edilməyiblər. Bundan başqa, Ərzurum Atatürk univeristetindən professor Kürkçüoğlu 1980-ci ilərdə apardığı tədqiqatlar zamanı azı 500 min türkün həmin dövrdə qətlə yetirildiyini üzə çıxarıb.
“Ərzuruma dəvət edildim və bəzi sübutları şəxsən gördüm. Orada daşnaklar tərəfindən 50 min mülki şəxs öldürülüb.
Həmçinin Vanda 45 min, Qarsda 17 min, İğdırda 15 min, Ərzincanda 13 min, Diyarbəkirdə 12 min , Muşda isə 10 min günahsız insan qətlə yetirilib. Öldürmə metdları nasistlərin 1942-44-cü illərdə yəhudilərə qarşı törətdiyi vəhşilikləri xatırladır. Ermənilərə həmin vaxt müttəfiq olan çar əsgərləri də onlara mane olmayıblar”,-deyə o bildirib.
İrlandiyalı alim ermənilərin Osmanlıya qarşı üsyanında ingilislərin də ruslara eyni şəkildə maliyyə və silah dəstəyi verdiyni söyləyib.
“Həmin dövrdə osmanlılar uzun zaman hadisələrin miqyasını, neçə müsəlmanın öldürüldüyünü müəyyənləşdirə bilməmişdi. Bunun müqabilində Azərbaycan hökuməti 1918 və ondan sonra törədilən qətliamlarla bağlı sübutların araşdırılamsı və kataloqa alınması məsələsində olduqca ciddi işlər görüb. Onun tərəfindən toplanılan məlumatlar ermənilərin tərəfindən yayınlanan və Qərb mətbuatının şüursuzca qəbul etdiyi yalanlara və şişirtmələrə qarşı güclü mövqe formalaşdırıb. Həmin vaxt ermənilərlə müttəfiqlik edənlər müsəlman ölümləri ilə çox da maraqlanmadılar və Qərb ictimaiyyətində yaxşı qarşılanmayan bəzi gerçəkləri ört-basdır etmək üçün hər şey etdilər. Bununla birlikdə ingilis zabit və jurnalistlərin daşnaklaırn qəddarlığını durdurmaları üçün hökumətlərinə az qala yalvardıqları tərzdə yazdığı bir çox raport və hesabat da mövcuddur. Təəssüf ki, həqiqi mənada irqçi olan Qərb mətbuatında yazılan hekayələrdə tarixi gerçəkliklər öz əksini tapmayıb. Yazılan məqalələrin çoxu isə “hər şeyin doğrusunu bildiyini düşünən” və erməni lobbisini təsiri altında olan liberal kəsimlərin uydurduqları və yaydıqları şayiələrdən ibarətdir.
Şərhlər