ABŞ sanksiyaları aradan qaldırmaq niyyətində deyil
13.08.2015 04:26 Dünyadan reaksiya 1645
Rəsmi Vaşinqton İsveçrənin ardınca İrana qarşı sanksiyaları aradan qaldırmaq niyyətində deyil.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bəyan edib.
“MAQATE İranın nüvə proqramı ilə bağlı bütün zəruri addımların atıldığına əmin olmayınca, biz sanksiyaları aradan qaldırmayacağıq. Bu məsələ ilə əlaqədar mövqeyimiz dəyişməz olaraq qalır”, deyə M.Toner bildirib.
Məlum olduğu kimi, İsveçrə hökuməti avqustun 13-dən etibarən İrana qarşı sanksiyaları aradan qaldırılması barədə qərar verib.
Şərhlər