Rusiyanın Mədəniyyət naziri koronavirusa yoluxub
06.05.2020 16:29 Dünyadan reaksiya 5007
Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirin mətbuat katibi Аnna Usaçeva bildirib.
Onun sözlərinə görə, O. Lyubimovanın koronavirusla bağlı testinin nəticələri müsbət çıxıb.
A. Usaçeva qeyd edib ki, nazir hazırda evdədir, iclasları videokonfrans vasitəsilə keçirir, görüşlərdə və danışıqlarda onlayn rejimdə iştirak edir.
O vurğulayıb ki, xəstəliyi yüngül formada keçirdiyi üçün O. Lyubimovanın xəstəxanaya yerləşdirilməsi nəzərdə tutulmayıb.
Xatırladaq ki, Rusiyanın Baş Naziri Mixail Mişustin də koronavirusa yoluxub.
Şərhlər