Sabah Köçəryanın məhkəməsidir

07.05.2020 16:31     Dünyadan reaksiya     4814

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla bağlı növbəti məhkəmə prosesi mayın 8-d keçiriləcək. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə eks-prezidentin vəkillər qrupunun mətbuat katibi Elina Saakova açıqlamasında bildirib. Məlumata görə, məhkəmə prosesində R.Köçəryanın özü də iştirak edəcək. Bildirildiyinə görə, Köçəryanın şikayət ərizəsinə baxılacaq. Prosesə Qarabağdakı qondarma rejimin keçmiş təmsilçilərinin də qatılacağı qeyd olunub.

R.Köçəryan özü 28 apreldən “İzmirlyan” tibb mərkəzində müalicə olunur.

Reaksiya.az

Şərhlər