Koalisiya, yoxsa erkən seçim?
13.08.2015 07:45 Dünyadan reaksiya 1656
Bu gün Ədalət və İnkişaf partiyasının sədri, Türkiyə baş naziri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyası lideri Kamal Kılıçdaroğlu koalisiya hökuməti ilə bağlı danışıqlar üçün sonuncu dəfə görüşəcək. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq olam görüşdə razılıq əldə olunmasa, cümə günü Türkiyə Milli Məclisinin ümumi heyəti erkən seçim qərarı vermək üçün toplaşacaq. Belə olan halda 45 gün içində yenidən seçki keçiriləcək və nəticələrə görə yeni hökumət qurulacaq.
Şərhlər