Moskva meri: "Bir il sonra tam əvvəlki həyat tərzimizə qayıdacağıq"

04.06.2020 12:18     Dünyadan reaksiya     828

"Bir il sonra tamamilə əvvəlki həyat tərzimizə qayıdacağıq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskva meri Sergey Sobyanin TASS-a müsahibəsində bildirib.

Pandemiyadan sonra Moskvada həyat necə olacağı, ən azı bu ilin sonuna kimi insanların qoruyucu maska və əlcəkdə gəzməyə məcbur qalacağı ilə bağlı suallara aydınlıq gətirən paytaxt meri əhalinin indiyə kimi yüksək məsuliyyət nümayiş etdirdiyini söyləyib: “Dünya şəhərlərinin aktivlik səviyyəsinin azalması indeksi var. Moskva ən intizamlı şəhərlərin ilk üçlüyündə yer alır. Moskvalılar çox yüksək məsuliyyət səviyyəsi göstərdilər. Bu, həqiqətən də bizi fəlakətdən xilas elədi. İnsan pisi çox tez unudur. Fikrimcə, bir il sonra tamamilə əvvəlki həyat tərzinə qayıdacağıq. Ancaq hər şey kütləvi peyvəndin yaranmasından asılı olacaq. Bir sıra qiymətləndirmələrə görə, bu, oktyabrdan gələn ilin fevralına kimi çəkəcək. İnanmaq istərdik ki, oktyabrda biz ilk böyük peyvənd partiyasını alacağıq".

Reaksiya.az

Şərhlər