Gözlənilən gün gəlib çatdı - VİDEO

13.08.2015 11:28     Dünyadan reaksiya     2444

Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə CHP lideri Kılıçdaroğlunun bu gün yerli vaxtla saat 14.00-da Ankara şəhərində bir araya gələcəyi son iclasda koalisiyanın qurulub qurulmayacağı bəlli olacaq.

Reaksiya.az xəbər verir ki, görüşdə orta yol tapılmasa, CHP ilə koalisiya kitabı bağlanacaq. Davudoğlu son dəfə o qapını döyəcək. Müsbət cavab almasa isə erkən seçki startı verəcək.

Mədəniyyət və turizm naziri Ömər Çelik ilə CHP sözçüsü Haluk Koç da görüşdə iştirak edəcək.  

Davudoğlu dünən Mərkəzi İcraiyyə Komitəsi (MYK) üzvləri ilə bir araya gəlib. AK Partiyasının sözçüsü Bəşir Atalay MYK görüşünün ardından bəyanat verib: “AKP-nin hər bir partiyaya qapılarını açıq saxladığı siyasəti davam edir. Hələlik bir dəyişiklik olmayıb".

 

 

Şərhlər

Çox oxunanlar