Lukaşenko: Torpağımızın bir hissəsini itirə bilərik!
29.06.2020 15:25 Dünyadan reaksiya 10042
Belarus öz torpaqlarının bir qismini itirib, 1921-ci il sərhədlərinə qayıda bilər.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Buna izn verilməməlidir. 1939-cu ildə Belarusun sərhədi Minskin yaxınlığından keçirdi. Əgər 1939-cu ilin payızında SSRİ Polşanın tərkibində olan Qərbi Belarusu öz ərazisinə qatmasaydı, o zaman ölkənin hazırkı sərhədləri tam fərqli olardı. Mən istəmirəm ki, bu, yenidən olsun. Ona görə də düşünün. Düşünün görək, biz hansı ölkədə yaşayacağıq. Bu gün zaman bu problemi həll etmək üçün bizi seçib”, - Lukaşenko bildirib.
Şərhlər