İranla Ermənistan arasında saziş imzalandı

13.08.2015 12:02     Dünyadan reaksiya     2104

İranla Ermənistan arasında enerji sistemlərini birləşdirəcək üçüncü elektrik xəttinin çəkilişini nəzərdə tutun müqavilə imzalanıb. 

Reaksiya.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. 

Məlumata görə layihənin dəyəri 107 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi üçün lazım olan vəsaitin 70 faizini İran bankı ayıracaq. 

Qeyd edilir ki, bu layihə vasitəsilə İran Gürcüstanla Rusiyanın enerji sistemlərinə qoşulmaq və Cənubi Qafqaz ölkələrinə elektrik enerjisinin ixracını genişləndirmək niyyətindədir. 

Şərhlər

Çox oxunanlar