Avropa Liqası: Virus aşkarlanan komanda mübarizəni dayandırdı
10.09.2020 00:45 Dünyadan reaksiya 744
Bu gün UEFA Avropa Liqasında I tənifat mərhələsindən təxirə salınmış oyun keçirilib.
"Report"un məlumatına görə, İsrailin "Makkabi" (Hayfa) klubu öz meydanında Bosniya və Herseqovina "Jelezniçar"ını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hayfa təmsilçisinin heyətində qolları Tyaronn Şeri (34-cü dəqiqə), Nikita Rukavitsa (59) və Yuval Aşkenazi (66) vurublar. Qonaqların yeganə qolunun müəllifi isə 34-cü dəqiqədə İvan Lendriç olub.
Bu qələbədən sonra II təsnifat mərhələsinə vəsiqə qazanan "Makkabi" bu raundda Qazaxıstan "Kayrat"ı ilə qarşılaşacaq.
Qeyd edək ki, "Makkabi" - "Jelezniçar" matçı qonaq komandanın 11 üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınmışdı.
Şərhlər