Rusiyada nazir müavini həbs edilib

10.09.2020 01:10     Dünyadan reaksiya     659

Moskvanın Basman Məhkəməsi Rusiyanın energetika nazirinin müavini Anatoli Tixonovun 600 milyon rubldan çox pulun mənimsənilməsi ittihamı üzrə həbsinə sanksiya verib.

Reaksiya.az xəbər verir ki, İstintaq Komitəsi Tixonova, onun məsləhətçisi Roman Rıjkova, şirkət rəhbəri Vladimir Makarova və Viktor Serebryakova külli miqdarda dələduzluqla bağlı ittiham irəli sürüb və bu şəxsləri noyabrın 8-ə qədər həbs etməyi xahiş edib.

İstintaqın rəyinə görə, informasiya sisteminin yaradılması üçün Energetika Nazirliyinə ayrılmış "azı 603 milyon rubl" mənimsənilib.

Şərhlər