NATO-nun Rusiyaya qarşı Qafqaz planı

10.09.2020 16:54     Dünyadan reaksiya     649

Belarusda sürətlə inkişaf edən hadisələr, NATO üzvləri olan Polşa və Baltikyanı ölkələrin buradakı iştirakı Rusiya rəhbərliyinin diqqət mərkəzindədir. Minsk hadisələri fonunda Rusiya Müdafiə naziri Sergey Şoyqunun Şimali Atlantik Alyansın ölkə sərhədləri boyunca artan hərbi fəaliyyətinə diqqət çəkməsi də təsadüfi deyil.

Bu iddia Mk.ru-da yayımlanan analitik məqalədə öz əksini tapıb.

Məqalədə qeyd edilib ki, NATO-nun yeni hibrid strategiyası Baltik dənizindən Kiçik Qafqaz dağlarına qədər olan ərazilərdə vəziyyəti gərgin saxlamaqla, Rusiyanı yeni münaqişələrə cəlb etməkdən ibarətdir:

“Bölgədə baş verəcək yeni münaqişələr isə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə imkan yaradacaq. NATO-nun planlarına əsasən, Moskvaya qarşı yeridiləcək yeni məhdudiyyətlər paralel olaraq Rusiyanın post-sovet ölkələrindəki təsirini azaltmağa yardımçı olacaq”.(axar)

Reaksiya.az

Şərhlər