Tehrandan Ərəb Birliyinə xəbərdarlıq
11.09.2020 15:38 Dünyadan reaksiya 1003
Ərəb Dövlətləri Liqasının İrana qarşı əsassız iddialarını təkrarlamasını şiddətlə qınayırıq.
Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə deyib.
O bildirib ki, bu gün İranı təhdid kimi qələmə verənlərin İsraillə normallaşma müqavilələrini imzalamaları son dərəcə təhlükəli gedişatdır:
“Bəhreyn xalqının dinc nümayişlərinin yatırılması, İraq və Suriyada terror təşkilatı İŞİD-ə dəstək verilməsi, Yəməndə məzlum xalqa qarşı müharibələrin və qətllərin davam etməsi, eyni zamanda koalisiya daxilindəki parçalanmalar bölgə üçün ən böyük problem və təhdid yaradır. Ərəb Dövlətləri Liqasının İran torpaqları olan Əbu Musa və Tunb adaları üzərindəki yersiz iddiaları da qəbuledilməzdir”.
Şərhlər