Rusiya açıqladı: Terrorçular kimyəvi hücuma hazırlaşır

12.09.2020 00:50     Dünyadan reaksiya     1083

“Heyrəti-Təhrir əş Şam” qruplaşmasından olan terrorçular Suriyanın İdlib regionunda zəhərləyici maddələrlə hücum həyata keçirməyi planlaşdırır.

Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəhbəri Aleksandr Qrinkeviç deyib.

O bildirib ki, terrorçular Cebel-Zaviye yüksəkliyində Yaxın Şərq və Qərb mediasından olan reportyorlarla çəkilişlər edərək internetdə yaymağı planlaşdırır ki, sonradan kimyəvi hücumda Suriya hakimiyyətini ittiham etsin.

Reaksiya.az

Şərhlər