Suriyada dəhşətli terakt: 9 ölü, 43 yaralı
15.09.2020 01:42 Dünyadan reaksiya 655
Suriyanın şimal-qərbindəki Afrin rayonunda terror aktı törədilib.
Reaksiya.az xəbər verir ki, terror aktında 9 nəfər həlak olub, daha 43 nəfər yaralanıb.
Qeyd edilir ki, hadisə yerli vaxtla saat 18:00-da baş verib. Avtomobilə yerləşdirilmiş bomba partladılması nəticəsində ölənlərin və xəsarət alanların hamısı dinc sakinlərdir.
Təhlükəsizlik orqanları terrorçulardan təmizlənmiş bölgələrdə törədilən terror aktlarının PKK-nın Suriya qolu olan YPG tərəfindən təşkil edildiyini vurğulayıblar.
Şərhlər