Rusiya sərhədində təhlükəli manevr: qırıcılar havalandı
15.09.2020 02:08 Dünyadan reaksiya 822
Rusiya hərbçiləri Qara dəniz akvatoriyasında Ukrayna istiqamətindən Rusiya sərhədlərinə yaxınlaşan 3 hava obyektini müşahidə ediblər.
Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Komandanlığı məlumat yayıb.
Bildirilib ki, yolverilməz pozuntuların qarşısını almaq və indentifikasiya üçün 4 qırıcı –iki Su-27 və iki Su-30 qırıcıları havaya qaldırılıb.
Məlum olub ki, sözügedən obyektlər ABŞ-a məxsus B-52H təyyarələridir. Rusiya qırıcıları Qara dəniz üzərində onları müşahidə edib, təyyarələr uzaqlaşdıqdan sonra təhlükəsiz şəkildə bazaya qayıdıblar.
Şərhlər