Türkiyə korona peyvəndinin sınaqlarına başlayır
16.09.2020 13:08 Dünyadan reaksiya 575
Türkiyədə COVİD-19-a qarşı ilk peyvənd bu gün sınaqdan keçiriləcək.
Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, peyvənd ilk mərhələdə İstanbul, Ankara, İzmir, Kayseri, Qaziantep və Malatyada olmaqla ümumilikdə 1200-1300 səhiyyə işçisinə vurulacaq. Birinci mərhələdən sonra qısa bir müayinə prosesi başlayacaq.
Əgər sınaq uğurlu olsa, daha 13 min insana peyvənd tətbiq ediləcək. Bu insanlar da səhiyyə işçiləri və risk qrupundakı insanlar olacaq.
Şərhlər