Bu körfəz boyunca dəmir yolu inşa ediləcək

13.08.2015 15:11     Dünyadan reaksiya     1356

Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası quruma üzv ölkələri birləşdirəcək dəmir yolunun tikintisini planlaşdırır.
 
Reaksiya.az AZƏRTACA-a istinadən xəbər verir ki, Şuranın regional bloku katibliyinin məlumatına görə, bununla bağlı işlərin tamamlanması 2018-ci ildə nəzərdə tutulur.

Layihənin ümumi dəyəri 15,4 milyard dollar təşkil edəcək. Uzunluğu 2,1 min kilometr olacaq, Küveytlə İraq sərhədindən Omanın paytaxtı Maskata qədər uzanacaq dəmir yolundan əsasən yüklərin daşınması məqsədilə istifadə olunacaq.

Dəmir yolu xətti Dammamdan (Səudiyyə Ərəbistanı) Abu Dabidən, Dubaydan, Füceyrədən (Birləşmiş Ərəb Əmirlikləri) keçəcək. Ayrıca qolla Bəhreyn və Qətər də xəttə qoşulacaq. Qatarların sürəti saatda 220 kilometr təşkil edəcək.

Şərhlər

Çox oxunanlar