Ermənilər dərhal geri çəkilməlidir - Yavuz Səlim

16.09.2020 18:56     Dünyadan reaksiya     768

Türkiyə ilə Azərbaycan arasında güclü qardaşlıq münasibətləri var. Prezident İlham Əliyevin Yunanıstan səfirini qəbul edərkən Türkiyənin mövqeyini dəstəkləməsi ölkələrimiz arasındakı qardaşlığın ən bariz nümunəsidir. Türkiyə hər zaman Azərbaycanın yanındadır, ölkələrimizin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır.

Reaksiya.az xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Səlim Qıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan və Türkiyə terrorun bütün formalarına qarşı birgə mübarizə aparırlar. FETÖ ilə mübarizədə dəstəyinə görə Azərbaycana təşəkkür edirik. Biz COVİD-19-a qarşı da birgə mübarizə aparırıq.

Yavuz Səlim Qıran deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın həyata keçirdikləri birgə layihələr regionun inkişafı üçün önəmlidir. Ermənistanın işğalçılıq siyasəti regionun inkişafına maneə yaradır. Ermənistan diqqəti daxili problemlərindən yayındırmaq üçün təxribatlara əl atır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həlli üçün qətiyyətli dəstəyi davam etməkdədir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir.

Reaksiya.az

Şərhlər