BMT-nin bu komitəsinə ilk dəfə azərbaycanlı üzv seçilib

16.09.2020 19:45     Dünyadan reaksiya     676

Azərbaycan nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə üzv seçilib.

Reaksiya.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) sentyabrın 14-də keçirilmiş iclasında BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, KOBİA-nın idarə heyəti sədrinin müşaviri Nadir Adilov komitənin üzvü seçilib.

Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin pakta tərəf dövlətlər tərəfindən icrasının monitorinqini aparır. 18 üzvdən ibarət olan komitəyə ilk dəfədir ki, Azərbaycan nümayəndəsi üzv seçilir.

Reaksiya.az

Şərhlər