4 bölgədə həyəcan - PKK hücuma keçdi - VİDEO

13.08.2015 15:34     Dünyadan reaksiya     2741

Van, Bitlis, Hakkari və Diyarbəkirdə Polis İdarələrinə PKK tərəfindən hücumlar təşkil olunub. Hücumlarda 2 nəfər yaralanıb.

Reaksiya.az xəbər verir ki, PKK-nın əsgər və polislərə qarşı başladığı xain hücumlarının ardı-arası kəsilmir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəhbərliyindən bildiriblər ki, separatçı terror təşkilatının bir qrup yaraqlısı Başkale rayonundakı Çamlık Jandarm Polis İdarəsinə avtomat silahlarla hücum edib: “Silahlı təcavüzə dərhal cavab verilib. Hadisədə hər hansı bir itki və dağıntı meydana gəlməyib".

Diyarbəkirdə Silvan Rayon Polis İdarəsinə PKK-lı terroristlərin bombalı hücumu zamanı yoldan keçən 2 qadın yaralanıb. Yaralılar xəstəxanada aparılıb.

Təhlükəsizlik qüvvələri hücumu həyata keçirən terrorçuların yaxalanması üçün əməliyyata başlayıb.

 

 

Şərhlər