Türkiyədə virusdan ölənlərin sayı artıb

17.09.2020 00:22     Dünyadan reaksiya     856

Türkiyədə son sutka ərzində koronavirusdan 63 nəfər ölüb.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd  edib ki, son 24 saatda  112 645  şübhəli koronavirus testindən keçib, onlardan 1771-nin  cavabı pozitiv çıxıb.

F.Qoca ağır xəstə sayının artmasından narahatlığını ifadə edib. Bu gün ağır xəstənin   1351 nəfər olduğunu, 1342   xəstənin isə sağalaraq evə buraxıldığını deyib. 

Türkiyədə ümumilikdə 296 391  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 262 602 nəfər sağalıb, 7249  nəfər ölüb.

Reaksiya.az

Şərhlər