Ərdoğandan dünyaya: Azərbaycanın yanında olun!

27.09.2020 16:00     Dünyadan reaksiya     566

Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan bir daha bölgədəki sülh və əmin-amanlığa ən böyük təhdid olduğunu göstərdi.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır:

"Ermənistanın təxribatçı təcavüzünə qarşı lazımlı reaksiya göstərə bilməyən beynəlxalq ictimaiyyət bir daha ikili standartlarını nümayiş etdirir. Təxminən 30 ildir səhlənkar münasibətini qoruyan Minsk üçlüyü, təəssüf ki, həll yönümlü olmaqdan çox uzaqdır. Erməni xalqını onları fəlakətə sürükləyən hakimiyyətlərinə və onları kukla kimi istifadə edənlərə qarşı öz gələcəklərinə sahib çıxmağa çağırıram. Eyni zamanda bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram".

Reaksiya.az 

Şərhlər