Türkiyədən növbəti dəstək: Yanınızdayıq!

28.09.2020 21:11     Dünyadan reaksiya     441

Türkiyə Respublikasının Ədliyyə naziri Əbdülhəmid Gül Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları ilə əlaqədar Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədova məktub göndərib.

Reaksiya.az xəbər verir ki, məktubda Azərbaycana qarşı Ermənistan tərəfindən hücumları qınadıqlarını ifadə edən nazir bir millət, iki dövlət şüarı ilə hər zaman qardaş ölkənin yanında olduqlarını bildirib. O, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın 30 ildir Ermənistanın işğalı altında olmasına beynəlxalq cəmiyyətin münasibət bildirmədiyini qeyd edib. Bundan istifadə edən Ermənistanın son günlərdə həddini aşaraq xain hücumlar həyata keçirdiyini diqqətə çatdırıb.

Əbdülhəmid Gül Azərbaycan xalqının haqlı mübarizəsində yanında olduqlarını, onu dəstəklədiklərini vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar