Yeni hökumət qurmaqda razılaşa bilmədilər
13.08.2015 20:29 Dünyadan reaksiya 2065
Türkiyədə koalisiya müzakirələrindən nəticə əldə edilməyib
AKP lideri Əhməd Davudoğlu :”Xarici siyasət və təhsil məsələlərində dərin fikir ayrılığımız oldu”
Reaksiya.az xəbər verir ki, Türkiyədə 7 iyunda keçirilmiş parlament seçkisindən birinci yerdə çıxmış Ədalət və İnkişaf Partiyası (AKP) ilə seçki marafonunu ikinci yerdə tamamış Cümhuriyyət Xalq Partiyası (CHP) arasında 1 aydan bəri davam edən koalisiya hökuməti qurma müzakirələri nəticəsi qalıb. Bu barədə prezident tərəfindən yeni hökumətin qurulması üçün səlahiyyət verilmiş AKP lideri Əhməd Davudoğlu partiyasının baş qərargahında keçirdiyi mətbuat konfransında məlumat verib. 7 iyundakı seçkidə xalqın iqtidar partiyasına verdiyi mesajları yaxşı analiz etdiklərini deyən Əhməd Davutoğlu, o mesajlardan birinin ölkəni hökumətsiz qoymamaq olduğunu vurğulayıb. 9 iyulda prezident Ərdoğanın ona yeni hökuməti qurma səlahiyyəti verməsindən sonra məclisdə təmsil edilən o biri siyasi partiyaların liderləriylə görüşdüyünü, koalisiya hökuməti qurma niyyətini CHP-də gördüyü üçün AKP və CHP arasında heyətlərarası müzakirələrin başladıldığını xatırladan Əhməd Davudoğlu, müzakirələrin xoş niyyətlə, şəffaf və mədəni zəmində davam etdirilməsi üçün CHP lideri Kamal Kılıçdaroğluna təşəkkür edib. CHP ilə AKP arasında tarixdən gələn köklü zehniyyət fərqləri olduğuna diqqəti cəlb edən Əhməd Davudoğlu, bu durumun da bəzi önəmli nöqtələrdə razılıq əldə edilə bilinməməsində önəmli rol olduğunu vurğulayıb.
“Xarici siyasət və təhsil sahəsindəki yanaşmalarımızda CHP ilə ciddi fikir ayrılığımız oldu. Bundan başqa, biz seçkini də nəzərə alaraq qısa müddətli islahat hökuməti qurmağı təklif etdik, ancaq CHP uzun müddətli islahat hökuməti təklif etdi ki, bu da yeni hökumət qurmaq üçün razılaşa bilmədəyimiz əsas nöqtələrdən biri oldu”- Əhməd Davudoğlu mətbuat konfransındakı açıqlamalarına bu sözlərlə davam edib.
AKP lideri Davudoğlu, koalisiya hökuməti qurmaq üçün Cümhuriyyət Xalq Partiyası ilə apardıqları 35 saatlıq müzakirələrin analoquna Türk demokratiyası tarixində rast gəlinmədəyini və o müzakirələrin Türk demokratiya tarixinin önəmli səhifələrindən birini təşkil etdiyini vurğulayıb. AKP lideri Davudoğlu, lideri olduğu partiyanın səlahiyyətli orqanlarında lazımi müzakirələr aparılandan sonra növbəti addımlar barədə qərar qəbul edəcəklərini sözlərinə əlavə edib.
Qeyd etmək yerinə düşərdi ki, məclisdə təmsil edilən Milliyyətçi Hərəkat Partiyası 7 iyunda seçkinin ilk nəticələri elan edilən kimi noyabrda yeni seçki keçirilməsini təklif edib.
Siyasi müşahidəçilər prezident Ərdoğanın da erkən seçkiyə getməyin tərəfdarı olduğuna diqqəti cəlb ediblər.
Şərhlər