CNN Keniyadan üzr istədi
14.08.2015 00:09 Dünyadan reaksiya 1584
Keniyaya həsr olunan reportajda bu Afrika ölkəsini "terrorizmin mənbəyi" adlandıran CNN telekanalının rəhbərliyi rəsmi Nayrobidən üzr istəməli olub.
Reaksiya.az-ın Reporta istinadən verdiyi xəbərə görə, reportaj efirə getdikdən sonra Keniyada etiraz aksiyaları başlayıb.
Buna cavab olaraq CNN İnternational-ın direktori Toni Meddoks Keniya prezidenti Uxuru Keniatteyə zəng edərək hadisənin sadə anlaşılmazlıq nəticəsində baş verdiyini deyib: "Biz Keniyanı mənfi prizmadan təqdim etmək istəmirdik. Təəssüf edirəm. Gələcəkdə bu kimi halların təkrarlanmamasına çalışmalıyıq. "Terrorizm mənbəyi" ifadəsi yersiz istifadə olunub. Biz bilirik ki, Keniya bu kimi ölkələrin siyahısına daxil deyil".
Şərhlər