Kerri və Lavrov Suriya böhranını müzakirə edib
14.08.2015 01:35 Dünyadan reaksiya 1527
Rusiyanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi Con Kerri telefonda Suriya böhranından çıxış yollarını müzakirə ediblər.
Reaksiya.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, danışıq zamanı tərəflər BMT himayəsi altında Dəməşqlə dialoq üçün Suriya müxalifəti nümayəndələrinin geniş dairəsini danışıqlar stolu arxasına oturtmaq imkanları diqqət mərkəzində olub. Bu barədə Rusiya XİN-in mətbuat xidmətinin xəbərində deyilir.
“30 iyun 2012-ci il tarixli Cenevrə kommünikesinin yerinə yetirilməsi çərçivəsndə Suriyadakı daxili konfliktin qarşısını almağın yolları müzakirə olunub” – məlumatda qeyd edilir.
Bundan əlavə, Lavrov və Kerri İranla bağlı əldə edilmiş və BMT Təhlükəsizlik Şurası tərəfindən bəyənilmiş hərtərəfli birgə planın reallaşması mövzusuna da toxunublar.
Şərhlər