Ermənilər imtina edir, Nikol cəzanı sərtləşdirir
30.09.2020 13:47 Dünyadan reaksiya 497
Ermənistan cəmiyyəti cəbhə xəttindən aldıqları “qorxulu” xəbərlərə görə müharibəyə getməkdən imtina edir.
Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.
Məlumata görə, canlı qüvvə çatışmazlığı, eləcə də ermənilərin müharibəyə getməməsi nəzərə alınaraq, İrəvan “Müharibə və ya müharibə şəraitində hərbi və ya alternativ xidmət, təlim və səfərbərlikdən imtina haqqında” qanunun sərtləşdirilməsinə gedib:
“Cinayət Məcəlləsinin 327-ci maddəsi hərbi və alternativ xidmət, təlim və ya səfərbərlikdən imtina zamanı 4 ildən 8 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur”.
Şərhlər