HƏMAS lideri Türkiyədədir
14.08.2015 03:33 Dünyadan reaksiya 1502
Fələstinin HƏMAS hərəkatının lideri Xalid Maşal Ankarada Türkiyənin ali rəhbərliyi ilə qapalı danışıqlar aparıb.
Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Xalid Maşal baş nazir Əhməd Davudoğlu və prezident Rəcəb Tayip Ərdoğan ilə mətbuat üçün qapalı görüşlər keçirib. Danışıqların təfərrüatı məlum deyil, görüşün nəticələri ilə bağlı heç bir rəsmi sənəd dərc olunmayıb.
HƏMAS hərəkatının mətbuat xidmətinin nümayəndəsi görüşlərdən əvvəl agentliyə bildirib ki, hərəkatın nümayəndə heyəti Türkiyə rəhbərliyi ilə görüşlərdə Fələstin məsələsini və Suriya böhranını müzakirə etməyi planlaşdırır.
Şərhlər