Qarabağda Rusiya ilə birlikdə hərəkət etmək istədik, amma... - Çavuşoğlu

30.09.2020 16:13     Dünyadan reaksiya     1634

Qarabağ konfliktinin həlli yalnız Ermənistan ordusunun işğal etdiyi torpaqlardan çıxmasından sonra mümkündür.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz Putinlə, Lavrovla danışdıq. Suriyada bir yerdə hərəkət etdiyimiz kimi, burada da addım atmaq istədik, amma alınmadı. Deyirlər ki, müharibə dayansın. Tamam, dayansın! Atəşkəsi elan etmək lazımdır, amma bunun əvəzində Ermənistan ordusu işğal edilmiş torpaqlardan çıxmalıdır. Bu deyilirmi? Yox. O zaman məsələ necə həll ediləcək?” – deyə o bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar