İran-Türkiyə sərhədi açıldı

14.08.2015 04:09     Dünyadan reaksiya     1638

Türkiyədə vəziyyətin gərginlşməsi İran tərəfinin bu ölkə ilə sərhədini bağlamasına səbəb olmuşdu. Sərhəd açılsa da, İranın vətəndaşlarına Türkiyəyə getməkdən çəkinmək barədə xəbərdarlığı qüvvədədir.

ANS TV-nin Tehran bürosunun məlumatına görə, iki gün əvvəl Türkiyə ərazisində İrana aid yük maşınına edilən hücumun ardınca iki dövlət arasında bağlanan sərhəd açılıb.
 
Bu barədə İranın Nəqliyyat Naziri Məhəmməd Cavad Ətrçiyan məlumat verib. O, Gürbulaq-Bazargan gömrük keçid məntəqəsində artıq maşınların gediş-gəlişinin bərpa olunduğunu bildirib.
 
Nəqliyyat Naziri həmçinin vətəndaşlara zəruri olmadıqda qonşu ölkədəki gərgin vəziyyətlə əlaqədar Turkiyəyə səfər etməməyi tövsiyə edib.
 
İran və Türkiyə arasındakı ən böyük keçid qapısı olan Gürbulaq-Bazargan gömrük keçid məntəqəsinin İran tərəfinə aid olan hissəsində hərəkət məhdudlaşdırılmışdı. 
 
Buna səbəb kimi İrana aid yük maşının Türkiyə ərazisində silahlı hücüma məruz qalması deyilirdi. 
 
Ötən həftənin cümə günü də İranın bir sərnişin avtobusu Bazargan gömrük məntəqəsindən Türkiyə ərazisinə daxil olduqdan sonra hücuma məruz qalmışdı ki, bu hadisədə avtobus sürücüsü həyatını itirmiş, daha üç nəfər isə yaralanmışdı.
 
Bununla yanaşı, keçən həftələr ərzində Türkiyə ərazisində İran qatarlarına da hücum olmuşdu.
 

Şərhlər

Çox oxunanlar