Rusiyanın embarqo siyahısında Gürcüstan yoxdur

14.08.2015 05:12     Dünyadan reaksiya     1542

Gürcüstanın Rusiyaya tətbiq etdiyi sanksiyaların yüngül olmasına görə embarqo siyahısına düşmədiyi bildirilir.

Rusiyanın Nazirlər Kabinetinin verdiyi açıqlamada “ Hazırda Rusiya və Gürcüstan arasında geniş əlaqələr və böyük ticarət dövriyyəsi yoxdur. Buna görə də Gürcüstan məhsullarına embarqo tətbiq etməyə ehtiyac görmürük” deyilir.

 Rusiyaya sanksiya qərarı alan Albaniya, Serbiya və Çernoqoriya, İslandiya və Lixtenşteyndən qida məhsullarının idxalı qadağan olunub. Ukrayna məhsullarına qoyulan qadağa isə bu ölkənin Avropa Birliyi ilə ortaqlıq müqaviləsinin iqtisadi hissəsinin tətbiq olunması halında qüvvəyə minəcək.

 

Şərhlər

Çox oxunanlar