Səfirimiz: Bu döyüşçülərə niyə ehtiyacımız olsun?
01.10.2020 21:01 Dünyadan reaksiya 407
Bu günlərdə Böyük Britaniyanın “Tayms” qəzetində guya Türkiyənin Ermənistan silahlı qüvvələri ilə döyüşmək üçün Azərbaycana muzdlu əsgərlər göndərməsi ilə bağlı reallığı əks etdirməyən informasiya dərc olunub.
Reaksiya.az xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin həmin qəzetdə bu qərəzli informasiya ilə əlaqədar cavab məktubu dərc olunub. Səfir həmin informasiyanın müəllifinə yazır:
“Sizin xəbəriniz reallığı əks etdirmir. Özünün yüksək ixtisaslı və lazımi səviyyədə təchiz olunmuş Silahlı Qüvvələri olduğu halda, Azərbaycan başqa bir ölkənin döyüşçülərinə niyə ehtiyac duysun? Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq yalnız hərbi təlimlərin keçirilməsi ilə məhdudlaşır. Digər tərəfdən, indiyədək Yaxın Şərqin bu münaqişəyə cəlb olunması ancaq Livan və Suriyadan olan etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması ilə bağlıdır".
Şərhlər