Canlı qüvvə və ərazilər itiririk... - Ohanyan - VİDEO

02.10.2020 12:32     Dünyadan reaksiya     1849

Ermənistan Respublikasının hərbi-diplomatik korpusu döyüşlərin uzun sürməməsi üçün mümkün olan hər şeyi etməyə çalışır. Çünki hərbi itkilərin qarşısını ancaq bu cür almaq mümkündür.

Reaksiya.az axar.az-a istinadla xəbər verir ki, bunu işğlaçı ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Seyran Ohanyan bildirib ki, Qarabağ cəbhəsində vəziyyətin həddən artıq kritik olduğu məqamda danışıqlar prosesi hərbi əməliyyatlardan daha yaxşıdır:

“Çünki döyüş əməliyyatları zamanı canlı qüvvə və ərazi itkiləri var və bunun qarşısını tez bir zamanda alınmalıdır”.

Reaksiya.az

Şərhlər