Pakistan XİN erməni iddialarına cavab verdi

02.10.2020 13:12     Dünyadan reaksiya     519

Pakistan ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə birgə Ermənistana qarşı Dağlıq Qarabağda savaşmasına dair KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyi açıqlayıb.

Açıqlamada həmçinin Pakistanın Dağlıq Qarabağda təhlükəsizlik vəziyyətinin pisləşməsindən narahatlığı bildirilib:

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə intensiv atəşə tutması acınacaqlıdır və pislənməlidir. Bu, bütün bölgənin sülh və təhlükəsizliyini poza bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır”, - açıqlamada qeyd olunub.

Həmçinin Pakistan Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyi və bunun BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bir neçə qətnaməyə uyğun olduğu vurğulanıb.

Reaksiya.az

Şərhlər