AB Qarabağa humanitar yardım göndərir

02.10.2020 16:32     Dünyadan reaksiya     1019

Avropa Birliyi təmas xəttində yaşayan və Dağlıq Qarabağda başlayan hərbi əməliyyatlardan ziyan çəkən Azərbaycan və Ermənistan əhalisinə humanitar yardım göndərəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə AB-nin Böhran İdarəetmə komissarı Janez Lenarçiç Tvitterdə yazıb.

“Dağlıq Qarabağdakı münaqişə bölgəsindəki döyüş əməliyyatları ilə əlaqədar olaraq AB təmas xəttinin hər iki tərəfində yaşayan bütün mülki əhaliyə təcili humanitar yardım ayırıb", - o bildirib.

Reaksiya.az

Şərhlər