Saakaşvilidən Azərbaycana daha bir dəstək

05.10.2020 16:31     Dünyadan reaksiya     2140

"Mən Gürcüstanın övladı, Ukraynanın vətəndaşıyam. Həm gürcülər, həm də ukraynalıların ərazi bütövlüyü prinsipini dəstəkləməmələri mümkün deyil".

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuksəhifəsində yerləşdirdiyi videomüraciətində deyib.

Onun sözlərinə görə, separatçılığı dəstəkləmək qeyri-mümkündür:

“Etnik mənsubiyyətindən asılı olmayaraq separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır. Ukrayna hökumətinin də bildirdiyi kimi və mənim də dəfələrlə dediyim kimi biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”.

Reaksiya.az

Şərhlər