Azərbaycanın mübarizəsinə bütün dövlətlər dəstək verməlidir - Ərdoğan

05.10.2020 23:30     Dünyadan reaksiya     672

Son zamanlar bölgəmizdəki ən önəmli hadisə işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. Üstəlik, Qarabağda sadəcə işğal deyil, həm də böyük qətliamlar ediblər. Ermənilərin etdikləri çox zaman cəzasız qaldı.

Reaksiya.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. 

O, Nazirlər Kabinetinin toplantısındakı görüşdən sonra hazırda Dağlıq Qarabağda gedən hərbi əməliyyatlardan, Azərbaycanın torpaqlarını Ermənistan işğalından azad etməsindən danışıb: “ABŞ, Fransa və Rusiya tərəfindən yaradılan Minsk Qrupu bu problemi həll etmədir. Qardaş Azərbaycan xalqı illərdir işğalın itkilərini yaşadı. Bu ana qədər Qarabağ torpaqlarının bir hissəsi işğaldan qurtarıldı. Türkiyə olaraq ən hər zaman Azərbaycanın yanındayıq.

Azərbaycanın torpaqlarının işğaldan azad olunmasına dəstək vermək hər dövlətin vəzifəsidir. Beynəlxalq aləm Qarabağ və Azərbaycan torpaqları işğal olunarkən səssiz dayanmışdı. Türkiyə əlindəki gücü və imkanları ilə bu haqsız, çirkin oyunu pozmaqda qərarlıdır. Bunun üçün BMT-də “dünya 5-dən böyükdür” deyirik. Azərbaycanın Qarabağı və işğal altındakı torpaqlarını azad etmə mübarizəsində etdikərimiz bundan ibarətdir”.
 

Şərhlər