Ərdoğan: "Almaniya sinifdə qalıb"...

06.06.2015 11:39     Dünyadan reaksiya     995

Deməli, bunlar demokratiyanı belə anlayırlar.

Türkiyə prezidenti R.T. Ərdoğan, Misirdə çevrilişlə hakimiyyətə gələn prezident Abdulfəttah Sisini qəbul edən Almaniyanı tənqid edib və "Qərb kimi Almaniya da bu imtahanda sinifdə qaldı" - deyib.

Türkiyə prezidenti R. T. Ərdoğan, A Haber və ATV ortaq canlı yayınında gündəmə bağlı dəyərləndirmələr aparıb, sualları cavablandırıb.

Misirdə çevrilişlə vəzifəsindən uzaqlaşdırılan ölkənin seçilmiş ilk prezidenti Məhəmməd Mursi haqqında edam qərarı alındığını xatırladılaraq, edam cəzasının tətbiq olunub olunmayacağı ilə bağlı bir suala cavabında Ərdoğan, təxirə salmanın edamın olmayacağı mənasına gəlmədiyini bildirib.

Misirlə mövcud problemin rəhbərliklə əlaqədar olduğunu dilə gətirən Türkiyə prezidenti bildirib ki, hal - hazlrda olduqca qarışıqdır: "Biz çevrilişçilərdən hər ikisinin rəhbərliyinə qarşıyıq. Bir nəfər çevrilişlə hakimiyyətə gəlib, demokratik yollarla seçilmiş bir insanı, üstəlik də kabinetində Milli Müdafiə naziri olduğu halda bu yolla devirib. Bunu həzm etmək demokratiyaya inanmış olan insanlar üçün açıqca məğlubiyyətdir".

Misirlə bağlı alınan qərarın səhv olduğuna dair dünyanın "mücərrəd də olsa nəsə" dediyini dilə gətirən Ərdoğan, sözlərini belə davam etdirib:

"Lakin ən böyük səhv Almaniyadadır. Baxın, hazırda Sisi Almaniyada Merkellə görüşüb, Gauck ilə məsləhətləşmələr aparıb. Ümumilikdə xətti qəbul olunub, amma Məclis sədri qəbul etməyib, digər siyasi partiyalar eyni şəkildə mənfi bir yanaşma ortaya qoyublar. Lakin maraqlısı budur ki, "Siemens" şirkəti Mİsirdə bu vurhavurda 8 milyard avroluq və ya dollarlıq və ya 9 milyard avroluq iş götürüb. Təəssüf ki, belə olan təqdirdə növbəti dəfə Qərbin sinifdə qalması kimi, Almaniyanın da çox pis qiymət alaraq, bu imtahandan keçmədiyi ortaya çıxır. Deməli, bunlar demokratiyanı belə anlayırlar. Bu cür yanaşma, bu cür anlayış ola bilməz. Bu səbəbdən biz də bu yanaşmalar qarşısında həqiqətən narahatıq. Səmimi, dürüst olmaq lazımdır. Belə kiçik bir iş qarşılığında, 'Siemens bu qədər iş görəcək, bu qədər mal satacaq, silah satacaq" kimi bəhanələrdən dolayı, siz əgər xuntaçıları qəbul etmək məcburiyyətində qalırsınızsa, o zaman əmin olun, dünyada heç bir hörmətiniz olmayacaq".

Şərhlər

Çox oxunanlar