Makronun sözləri ədəbsizlikdir - Ərdoğan

06.10.2020 16:52     Dünyadan reaksiya     1161

“Bu gün bir çox Qərb ölkəsində irqçilik və islamofobiya birbaşa dövlət tərəfindən himayə edilir”.

Reaksiya.az xəbər verir ki, bunu “Məscidlər və din xadimləri həftəsi” tədbirində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən önəmli vasitələrindən biridir”, - o bildirib.

Ölkə başçısı həmçinin Fransa prezidenti Emmanuel Makronun İslam barədə son açıqlamasını da şərh edib:

“Makronun müsəlmanların sıx yaşadığı bir şəhərdə “İslam böhrandadır” deməsi yalnız hörmətsizlik deyil, eyni zamanda təxribatdır. Belə sözləri işlətmək ədəbsizlikdir”.

Reaksiya.az

Şərhlər