Ermənistan MTX-nin rəisi işdən qovuldu

08.10.2020 13:46     Dünyadan reaksiya     456

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Karamyan tutduğu vəzifədən azad edilib.

Reaksiya.az xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.

Bildirilib ki, müvafiq fərman Ermənistan baş nazirinin təklifi ilə prezident tərəfindən imzalanıb.

Prezidentin başqa bir sərəncamı ilə əvvəllər Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsini tutan Mikael Hambardzumyan MTX-nin müdiri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, 29 yaşlı Argişti Karamyan 8 iyun 2020-ci il tarixində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə təyin olunmuşdu.

Reaksiya.az

Şərhlər