Paşinyan erməni əsgərlərin Qarabağdan qaçdığını - TƏSDİQLƏDİ
08.10.2020 14:53 Dünyadan reaksiya 1538
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda gedən döyüşlər barədə öz fikirlərini bölüşüb.
Reaksiya.az xəbər verir ki, o, rəsmi facebook səhifəsində yazdığı statusda bəzi əsgərlərin döyüş mövqelərini tərk etdiyini, orduda panika yaradan şəxslərin saxlanıldığını deyib.
"Bir neçə gün əvvəl məlumat almışam ki, döyüş bölgəsinə gedən şəxslər əsgərlərə – "Nikol torpaqları satıb, bu şərti müharibədir, sizi qırğına verəcəklər və mövqeləri saxlamaq mənasızdır”, – deyə çağırışlar edib.
Bu sözlər, hətta hədələr nəticəsində bəzi əsgərlər mövqelərini tərk edərək geri çəkiliblər. Mənim göstərişimlə Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb və əsgərlər arasında panika yaradan Xankəndi sakini saxlanılıb”, – deyə Baş nazir bildirib.
Paşinyan panikaya qapılan bir çox əsgərlərin döyüş mövqeyini tərk etdiyini söyləyib.
Şərhlər