Ermənilər kömək diləyir: canlı qüvvə və maliyyələri tükənib
08.10.2020 16:26 Dünyadan reaksiya 1895
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan dünyada yaşayan ermənilərə müraciət edib.
Reaksiya.az publika.az-a istinadən bildirir ki, o, müraciətdə hər kəsi Qarabağ münaqişəsində vuruşmağa səsləyib.
“Hər birinizin özünüzü bizim kimi - bir döyüşçü kimi hiss etməsini istəyirəm, hər birinizin öz səngərinizdə olmasını və öz döyüşünüzü aparmağınızı istəyirəm”.
O, Ermənistan ordusuna yardım etməyi də xahiş edib: “Xaricdəki soydaşlarımızdan hər gün məktub alıram. Soruşurlar: necə kömək edə bilərlər, nə göndərilməlidir? Bu yardımın ünvanlı bir variantı var - Hayastan Ümumerməni Fonduna ianə etməlisiniz”.
Düşmənin Müdafiə Nazirliyinin nümayəndəsinin belə bir müraciət yayması göstərir ki, Azərbaycan Silahlı Qüvvələrinin darmadağın etdiyi Ermənistan ordusunun canlı qüvvə çatışmazlığı var və maddi təminatı tükənib.
Şərhlər