Ermənistan Qarabağdan hazırladığı reportaja görə rus jurnalisti qovdu

08.10.2020 17:10     Dünyadan reaksiya     592

Ermənistan Xarici İşlər Nazirliyi rusiyalı reportyor İlya Azarın akkreditasiyasını ləğv edib.

Reaksiya.az xəbər verir ki, buna səbəb onun Qarabağdan hazırladığı reportaj olub. Nazirlik buna əsas səbəb kimi guya Azarın Qarabağa icazəsiz gəlməsini göstərib.

Azar isə akredatiyasının ləğvinin qeyri-rəsmi səbəbinin Qarabağdan hazırladığı reportajın XİN tərəfindən “bəyənilməməsi” olduğunu bildirib.

Qeyd edək ki, Azarın bundan öncə hazırladığı reportajda Qarabağda vəziyyətin acınacaqlı olduğu əksini tapmışdı.

Reaksiya.az

Şərhlər