Ermənistan dərhal Qarabağı boşaltmalıdır! - Türkiyə MN
08.10.2020 21:57 Dünyadan reaksiya 950
Mülki əhalini hədəfə almaqla bütün dünyanın gözü qarşısında müharibə cinayəti törədən Ermənistan, bununla öz tarixinə daha bir qara ləkə yapışdırmaqdadır.
Reaksiya.az xəbər verir ki, bu ifadə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alıb. Mətində əlavə olaraq yazılır:
“Ermənistan işğal etdiyi Dağlıq Qarabağı dərhal boşaltmalı və törətdiyi insanlıq cinayətlərinin hesabını verməlidir”.
Paylaşımda, həmçinin təcavüzkar Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini, mülki yaşayış məntəqələrini və infrastrukturu hədəfləyən raket zərbələrindən videogorüntülər də təqdim olunub.
Şərhlər