Trampdan şok iddia: "Məni Çin xəstə etdi"

09.10.2020 00:35     Dünyadan reaksiya     779

Yeni növ koronavirusdan müalicə olunan ABŞ Prezidenti Donald Tramp yaxın zamanda yenidən testdən keçəcəyini bildirərək “məni Çin xəstə etdi” deyib.

Reaksiya.az xarici mediaya istinadən xəbər verir ki, o, COVİD-19-a yoluxduqdan sonra ilk dəfə “Fox News” kanalına telefonla bağlanaraq açıqlama verib. 

Özünü yaxşı hiss etdiyini bildirən Tramp prezident seçkiləri üçün görüş keçirmək istədiyini də deyib:
 
“Xəstəliyi kiməsə keçirdiyimi düşünmürəm. Məncə, artıq təmizəm. Yaxın zamanda yenidən analizlər verəcəm. Hər zaman insanlarla bir yerdə olmuşam. Nə vaxtsa xəstəliyə tutulacağımı bilirdim. Məni Çin xəstə etdi”.
 

Şərhlər